Vergilər Nazirliyində fevralın 24-də iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı təqdimat keçirilib.Nazir müavini İlkin Vəliyev bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə 12 istiqamətdə strateji yol xəritəsi təsdiq olunub.“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmandan irəli gələn tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyinin kollegiyası tərəfindən 2017-ci il fevralın 9-da qərar qəbul edilib, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nazirliyin əsas icraçısı olduğu 4 tədbir üzrə məsul şəxslər təyin edilib. Məsul şəxslərin hər birinə müvafiq tədbirlər üzrə digər qurumlardan nümayəndələr ayrıldıqdan sonra işçi qrupun yaradılması, işçi qrupun illik iş proqramının hazırlanması, hər rüb üzrə görülmüş işlərə dair hesabatın koordinasiya qurumuna təqdim edilməsi və digər zəruri işlərin görülməsi tapşırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…