“Ştutqart” futbol klubu Bundesliqanın son turunda

7 Oktyabr 2018 14:33

Xəbər 785 dəfə oxunub

Almaniyanın “Ştutqart” klubu Bundesliqanın son turunda “Hannover”ə məğlubiyyətdən sonra (1:3) baş məşqçi Tayfun Korkutla bağlı qərar verib.Milli.az xəbər verir ki, klub rəhbərliyi uğursuz nəticələrə görə baş məşqçi Tayfun Korkut və köməkçiləri İliya Ararik, Steven Çerundolo ilə yollarını ayırdığını açıqlayıb.”Ştutqart” bu mövsüm Bundesliqada keçirdiyi 7 oyunda 1 qələbə qazana bilib, 4 oyunda məğlub olub, 2 heç-heçə edib.”Ştutqart” bu ilin iyun ayında türk mütəxəssis və köməkçiləri ilə 2020-ci ilədək nəzərədə tutulmuş yeni müqavilə imzalamışdı.xeber100.com