Su polosu üzrə Avropa çempionatına start verilib

13 Yanvar 2020 10:08

Xəbər 555 dəfə oxunub

Yanvarın 12-də Budapeştdə su polosu üzrə Avropa çempionatına start verilib.Azərtac xəbər verir ki, Macarıstan paytaxtı bu ümumavropa turnirinə artıq beşinci dəfə ev sahibliyi edir. Bundan əvvəl Macarıstan 1926, 1958, 2001 və 2014-cü illərdə su polosu üzrə Avropa yarışlarını qəbul edib.On yeddi ölkəni təmsil edən komandalar bu yaxınlarda yenidən qurulmuş “Duna Arena” hovuzunda yarışacaqlar.Turnirin Olimpiya statusunu nəzərə alsaq, bu hadisə cari ildə Macarıstanda keçiriləcək ən mühüm idman tədbirlərindən biridir.xeber100.com