“Summer Chess Classic 2018” beynəlxalq çempionatı keçirilir

23 May 2018 11:18

Xəbər 939 dəfə oxunub

ABŞ-ın Sent-Luis şəhərində dairəvi sistem üzrə iki turnirdən ibarət “Summer Chess Classic 2018” beynəlxalq çempionatı keçirilir. Turnirlərin hər birində 10 şahmatçı iştirak edir.Azərtac xəbər verir ki, yeddi turdan sonra “A” turnirində azərbaycanlı qrossmeyster Vasif Durarbəyli liderlik edir. Onun aktivində 5,5 xal var. Varujan Akopyan Vasifdən yarım xal, Samuel Sevyan (hər ikisi ABŞ) 1 xal geri qalırlar. “B” turnirində ən yaxşı nəticəni yenə də polşalı şahmatçı Kamil Draqun göstərib. Onun aktivində 5 xal var. Dörd şahmatçı ondan 1 xal geri qalır.Azərbaycan nümayəndəsi səkkizinci turda qara fiqurlarla yerli şahmatçı Yaroslav Jerebuxla oynayacaq.xeber100.com