“Sumqayıt” futbol klubu dostluq oyunu keçirib

2 Avqust 2019 13:11

Xəbər 701 dəfə oxunub

“Kapital Bank Arena”nın ehtiyat meydançasında “Sumqayıt” futbol klubunun 2004-2005-ci il təvəllüdlü futbolçuları ilə pakistanlı həmyaşıdları arasında dostluq oyunu keçirilib.Azərtac  xəbər verir ki, matçdan öncə qonaqları salamlayan “Sumqayıt” FK-nın vitse-prezidenti Vaqif Ömərov və akademiyanın direktoru Hakan Sünal pakistanlı qonaqları Azərbaycanda görməklərindən məmnun olduqlarını bildiriblər.Qarşılaşma “Sumqayıt”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandada qolları Namiq Məmmədzadə, Ruslan Əliyev, Rəhman Məmmədov, Fərid Abbasov və Rəvan Əsgərzadə vurub.xeber100.com