“Sumqayıt” futbol klubu ilk böyük hesablı qələbəsini qazanıb

16 Fevral 2021 15:36

Xəbər 394 dəfə oxunub

“Sumqayıt” futbol klubu cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb.Azərtac xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun yetirmələri Premyer Liqanın XV turunda “Səbail”in qapısından üç cavabsız top keçirib. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə böyük hesabla 2018/2019-cu il mövsümünün ikinci turunda qalib gəlib. Həmin vaxt səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edən sumqayıtlılar 2018-ci il avqustun 19-dan sonra belə qələbə qazanmamışdı. Bu iki il yarım ərzində komanda 60 görüşdə üç və ya daha artıq top fərqi ilə qalib gəlməyib.“Sumqayıt” öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/2013-cü il mövsümündə “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə imza atmamışdı.xeber100.com