“Sumqayıt” futbol klubu transfer çalışmalarını davam etdirir

25 May 2018 13:52

Xəbər 801 dəfə oxunub

“Sumqayıt” futbol klubu 2018/2019-cu il mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komanda kapitan Vurğun Hüseynovun ardından daha bir futbolçu ilə müqavilə müddətini uzadıb.Azərtac kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Cavid Tağıyev daha bir mövsüm “Sumqayıt”ın uğurları üçün çalışacaq.Qeyd edək ki, C.Tağıyev ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub.xeber100.com