2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətinə iki futbolçu cəlb edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, son mövsümü müvafiq olaraq “BATE Borisov” və “Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla ikiillik müqavilə imzalanıb. C.Xocaniyazov “Sumqayıt” klubunda “5”, Rəhim isə “90” nömrəli formada çıxış edəcək.Qeyd edək ki, Sankt-Peterburq “Zenit”inin yetirməsi olan C.Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici heyətlərində çıxış edib (10 oyun). Sonuncu klubu “BATE Borisov” (2 oyun) olan Cəmaləddin Rusiyanın “Ural” (1 oyun), “Baltika” (2 oyun), “Soçi” (8 oyun), “Amkar Perm” (1 oyun) və Danimarkanın “AGF Aarhus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris Moskva” (16 oyun) və “Torpedo Moskva”nın (71 oyun, 23 qol) uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…