“Sumqayıt” klubu transfer çalışmalarını davam etdirir

3 İyul 2017 11:15

Xəbər 898 dəfə oxunub

2017/2018-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, komanda son mövsümü “Qəbələ”də keçirmiş Ramil Həsənovu 1 illik icarəyə götürüb.İyirmi bir yaşlı hücumçu “Sumqayıt”da 90 nömrəli forma ilə çıxış edəcək.xeber100.com