“Sumqayıt” klubunun üz-üzə gələcəyi rəqiblərdən biri dəqiqləşib

17 İyul 2023 14:25

Xəbər 378 dəfə oxunub

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” futbol klubunun yoxlama oyununda üz-üzə gələcəyi rəqiblərdən biri dəqiqləşib. Klubun mətbuat xidməti xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Super liqada çıxış edən “Sivasspor”la üz-üzə gələcək. Matç iyulun 23-də oynanılacaq.

“Sumqayıt” futbol klubu iyulun 27-dək Ərzurum şəhərində təlim-məşq toplanışında olacaq.xeber100.com