Aprelin 2-də “Sumqayıt”-“Neftçi” oyunu ilə Topaz Premyer Liqasının XXIV turuna start verilib.Azərtac xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən görüşdə ev sahibləri 2:0 hesabı ilə qalib gəliblər.Baş hakim Rəhim Həsənovun idarə etdiyi matçın ilk hissəsində hesab açılmayıb. Azarkeşlər ikinci hissədə daha maraqlı oyun izləyiblər. Matçın 60-cı dəqiqəsində “Sumqayıt” komandası Bəxtiyar Həsənalızadənin qolu ilə hesabı açıb. Bu qoldan üç dəqiqə sonra Amil Yunanov “Neftçi”ni oyuna yenidən mərkəzdən başlamağa məcbur edib.Beləliklə, doğma meydanda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 28-ə çatdıran “Sumqayıt” komandası turnir cədvəlində bir pillə irəliləyərək beşinci sırada qərarlaşıb. Aktivində 26 xal olan “Neftçi” isə altıncı pilləyə geriləyib.XXIV tura aprelin 2-də keçiriləcək “İnter”-“Azal”, “Qəbələ”-“Zirə” və “Qarabağ”- “Kəpəz” oyunları ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…