Super Liqanın IV dövrəsinə start verilib

18 Fevral 2017 14:07

Xəbər 875 dəfə oxunub

Fevralın 17-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV dövrəsinə start verilib.Azərtac xəbər verir ki, günün mərkəzi matçı Azərbaycan Voleybol Mərkəzində “Telekom” və “Azəryol” komandaları arasında keçirilib.Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azəryol” komandası 3:0 hesabı ilə qalib gəlib.Hazırda Super Liqaya 29 xalla “Telekom” başçılıq edir. “Azərreyl” 23 xalla ikinci, “Azəryol” isə 19 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com