Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin beşinci turunun oyunları keçirilib.Yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ABŞ idmançısı Fabiano Kauana ilə qarşılaşıb. Görüş şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. Bu təmsilçimizin turnirdə ikinci məğlubiyyətidir.Qeyd edək ki, şahmatçımız birinci turda ABŞ-ın digər şahmatçısı Uesli Soya uduzub, növbəti üç görüşdə macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa) və yerli idmançı Boqdan Daneel-Dyak ilə heç-heçə edib.Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…