“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə yanvarın 24-də Formula-1 idmanından yazan jurnalistlər üçün “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim başlayıb.Azərtac xəbər verir ki, təlimin birinci günündə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Manson idmanın bu növünün işıqlandırılması qaydalarından danışıb.Təlimin keçirilməsində məqsəd azərbaycanlı idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərin təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu təlim həmişə inkişaf edən idman aləmi, xüsusən də Formula-1 haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaq. Təlim zamanı təqdim olunacaq multimedia layihəsi çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları qrup şəklində nümayiş etdirmək fürsətinə sahib olacaqlar.Təlimi uğurla başa vuran iştirakçılara BŞH, Akademiya və Dan Mason Media Şirkətinin diplomu təqdim ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…