Bu gün Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinin nizamlanmasına dair Türkiyə və Rusiyanın təşkil etdiyi danışıqlar start götürüb. Interfax informasiya agentliyi xəbər verir ki, danışıqların əsas hissəsi bağlı qapılar arxasında keçiriləcək, KİV nümayəndələri yalnız prosesin açılışına buraxılacaq.Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenkonun sözlərinə görə, hazırda tərəflər danışıqlar üzrə yekun sənədin üzərində işləyir. O, həmçinin qeyd edib ki, Dəməşq və Suriya müxalifəti nümayəndələrinin birbaşa danışıqlarının formatı da müzakirə olunur.Xatırladaq ki, danışıqlarda Rusiya, Türkiyə, İran nümayəndə heyətləri və Suriya müxalifətinin təmsilçiləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi elçisi və ABŞ-ın Qazaxıstandakı səfiri iştirak edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…