BMT-nin məlumatına əsasən, bu ilin ilk dörd ayı ərzində Suriyadakı vətəndaş müharibəsi nəticəsində 920 mindən çox suriyalı qaçqına çevrilib. Bu, münaqişənin başladığı 2011-ci ildən bəri dörd aylıq qısa müddət ərzində qeydə alınmış ən yüksək göstəricidir.Azərtac xəbər verir ki, Cenevrədə mətbuata açıqlama verən BMT-nin yardım üzrə koordinatoru Panos Moumtzis Suriya münaqişəsi nəticəsində qaçqın düşən şəxslərin sayının 6,2 milyon nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, Suriya qaçqınlarının 5,6 milyon nəfəri ölkə hüdudlarından kənara pənah aparıb.Aktual vəziyyətin „yüksək partlayış“ həddinə çatdığını qeyd edən koordinator hökumət qüvvələrinin qiyamçıların əlində olan İdlib əyalətinə hücumları gücləndirəcəyi təqdirdə, həmin regiondan təxminən 2,5 milyon nəfərin Türkiyə sərhədləri istiqamətində qovula biləcəyinə dair xəbərdarlıq edib. BMT eksperti bu ilin aprel ayında Şərqi Quta bölgəsində mülki əhalinin başına gələn təhlükələrin digər regionlarda da təkrarlanmasından ehtiyat etdiyini vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…