Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp aprelin 9-da telefon danışığı zamanı Suriyadakı vəziyyət və Şimali Koreya məsələlərini müzakirə ediblər. Bu barədə Yaponiya hökumətinin başçısı jurnalistlərə məlumat verib.Baş nazir deyib: “Bir az bundan əvvəl bizim Prezident Donald Trampla telefon danışığımız oldu. Danışığın yüksək səviyyəli ABŞ-Çin görüşündən dərhal sonra keçirilməsinə baxmayaraq, biz 45 dəqiqə ərzində Suriya və Şimali Koreya barədə açıq fikir mübadiləsi apardıq. Mən Prezident Trampın müttəfiq ölkələrin və dünyanın təhlükəsizliyi, sülhün qorunması işində iştirakını yüksək qiymətləndirirəm”.Baş nazir əlavə edib: “Şimali Koreya məsələsində biz Çinin reaksiyasını xüsusi diqqətlə izləyirik. Biz belə bir vahid mövqeyə gəldik ki, Yaponiya və ABŞ-ın bu məsələdə əməkdaşlığı, sıx əlaqədə olması, həmçinin Yaponiya, ABŞ və Cənubi Koreyanın birliyi mühüm əhəmiyyətə malikdir”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…