Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon söhbətində ikitərəfli münasibətlər və Suriyadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub.Azərtac Krallığın KİV-lərinə istinadən xəbər verir ki, R.T.Ərdoğan Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı aparılan “Zeytun budağı” əməliyyatının gedişi barədə Səudiyyə Kralını məlumatlandırıb. Hər iki ölkənin liderləri Suriyanın ərazi bütövlüyünə ehtiramlarını bildirərək, böhranın siyasi vasitələrlə nizamlanmasının vacibliyini, bu məsələdə birgə səylərin və əməkdaşlığın zəruriliyini qeyd ediblər.Səudiyyə Ərəbistanı Kralı Suriya böhranı ilə bağlı Cenevrə prosesini və beynəlxalq səyləri dəstəklədiyini bildirib. Prezident Ərdoğan, öz növbəsində, qeyd edib ki, Astana prosesi və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresi Cenevrə danışıqlarının ayrılmaz hissəsidir. Dövlət başçıları ikitərəfli münasibətləri daha da möhkəmləndirmək əzmində olduqlarını təsdiqləyərək qeyd ediblər ki, Səudiyyə Vəliəhdi Məhəmməd bin Salmanın Türkiyəyə qarşıdakı səfəri ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…