Türkiyədə məskunlaşan milyonlarla suriyalı qaçqınlara Türkiyə vətəndaşı olmaq şansı veriləcək. Türkiyə mətbuatının verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 120 min qaçqının məskunlaşdığı Suriya ilə həmsərhəd Kilis əyalətində çıxışı zamanı deyib. Ərdoğan qeyd edib ki, Türkiyədə məskunlaşan suriyalı qaçqınların əksəriyyəti ölkənin vətəndaşı olmağa can atır. “Addımlar atılır, bizim Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı əlindən gələni edəcək”. “Biz qardaş və bacılarımıza yardım edərək, onlara vətəndaşlıq almaq üçün imkanlar yaradacağıq və DİN-də yaradılan xüsusi büro vasitəsilə bu prosesi nəzarətdə saxlayacağıq”, – deyə Ərdoğan bildirib. Qeyd edək ki, Türkiyənin ərazisində yaradılan sığınacaq və düşərgələrdə 2,7 mln. suriyalı məskunlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…