Ölkəmizin şose velosipedi üzrə “Synergy Baku Cycling Project” kontinental komandası 2018-ci ildə ilk uğuruna imza atıb. Türkiyədə keçirilən birgünlük Alanya Qran-Prisi elit yığmamızın və “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsi ilə yekunlaşıb.Azərtac xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 175 kilometrdən ibarət 1.2 kateqoriyalı yarışında ümumilikdə 21 komanda iştirak edib.Alanya Qran-Prisində Elçin Əsədov, Elgün Əlizadə, Kiril Pozdnyakov, Ənvər Asanov, Samir Cəbrayılov, Musa Mikayılzadə və Aleksandr Polivadadan ibarət heyətlə mübarizə aparan “Synergy Baku”nun əla komanda işinin nəticəsi olaraq Kiril Pozdnyakov məsafəni 4 saat, 3 dəqiqə, 42 saniyəyə başa vurub və ən yaxın izləyicisini 1 dəqiqə, 20 saniyə qabaqlamaqla “solo-finiş” edib. Bu qalibiyyət velosipedçimizə, həmçinin 40 reytinq xalı da qazandırıb. Bundan başqa, finişi 4-cü keçən Polivada komandamızın aktivinə daha 20 xal əlavə edib.Qeyd edək ki, “Synergy Baku”nu həftəsonu Türkiyədə keçiriləcək daha bir yarış gözləyir. Velosipedçilərimiz fevralın 22-25-də təşkil olunacaq 2.2 kateqoriyalı 4 mərhələdən ibarət Antalya Turunda mübarizə aparacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…