Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət yaranıb.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, Müşfiqabad qazpaylayıcı stansiyasının çıxışında adı çəkilən stansiyadan qidalanan orta təzyiqli diametri 426 millimetrlik yeraltı qaz kəmərində qaz sızması aşkar edilib. Yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması və qaz sızmasının ləğvi üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 12:30-dan etibarən həmin kəmərdə qaz təchizatı dayandırılıb. Təbii qaz təchizatının dayanması nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri daxil olmaqla rayonun Qobu, Aşağı Güzdək, Baş Güzdək, Hökməli, Çiçək qəsəbələrinə, həmçinin Atyalı adlanan yaşayış massivinə təbii qazın verilişində fasilə yaranıb.“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin briqadası tərəfindən həmin ərazidə təmir-bərpa işləri aparılır. Yaranmış məhdudiyyət saat 16:00-dək aradan qaldırılaraq yuxarıda qeyd olunan yaşayış məntəqələrinin qaz təchizatı bərpa ediləcək.Yaranmış məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…