Bakının Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində diametri 325 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi məqsədilə qeyd olunan ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğu nəzərə alınaraq, təmir işlərinin axşam saatlarında görülməsi zəruriyyəti ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar aprelin 8-də saat 21:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun, Ağadadaş Qurbanov, Bakıxanov, Nəcəfbəy Vəzirov, Hüseynqulu Sarabski və Cəlil Məmmədquluzadə küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi təqdirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…