Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə Türkiyə iqtisadiyyatının ən mühüm problemi olan cari kəsir kompensasiya olunacaq və ölkənin təbii qaz tədarükü üzrə təhlükəsizliyi təmin ediləcək.Anadolu agentliyi xəbər verir ki, bunu “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov deyib.“Hazırda SOCAR Türkiyənin ən iri xarici sərmayədar mövqeyindədir. SOCAR dünyanın bir neçə ölkəsinə investisiya yatırır. Lakin bu investisiyaların ən böyük həcmi məhz Türkiyədədir. Çünki Türkiyə iqtisadiyyatına çox inanırıq”, – deyə o bildirib.A. Məmmədov qeyd edib ki, Türkiyə nəzərdə tutulan investisiya qoyuluşunun 11 milyard dollarlıq hissəsi başa çatdırılıb. Ümumilikdə isə 18 milyard dollar məbləğində investisiya qoyuluşu nəzərdə tutulur və bütün layihələrin 2020-ci ildə tamamlanması planlaşdırılır.O, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq təbii qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınmasını nəzərdə tutan TANAP-ın iki ölkəyə də mühüm töhfələri olacağını vurğulayıb: “TANAP ilə ilk qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaq”.Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…