Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışı zamanı idmançılara yardım göstərilməsi üçün 12 tibbi briqada ayrılıb. Bu briqadalar yolboyu xüsusi döngələrdə, təhlükəli zonalarda fəaliyyət göstərəcəklər. Bu barədə Azərtac-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən ayrı-ayrı ixtisaslaşmış tibb müəssisələrindən 11 həkim ayrılıb ki, onlar zəruri hallarda, hər hansı hadisə baş verərsə, yarış məkanına daxil ola biləcəklər. Dəniz vağzalının yaxınlığında isə beynəlxalq tələblərə uyğun klinika açılıb. Burada 30-a yaxın tibb işçisi çalışacaq. Bu tibbi heyət ən yüksək hazırlıqlı cərrahlar, travmatoloqlar və rentgenoloqlardan ibarət olacaq. “Tamaşaçılara və qonaqlara 6 səyyar tibbi briqada xidmət edəcək. Bundan əlavə, 9 məntəqədə həkim və feldşerlər növbə çəkəcək. Azərbaycan Tibb Universitetinin 75 könüllüsü də tamaşaçılar arasında olmaqla, bizə yaxından kömək edəcəklər”, – deyə R.Nağıyev bildirib. Baş həkim deyib ki, zərurət olduqda Klinik Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tamaşaçılar arasında, Mərkəzi Neftçilər Xəstəxanası isə idmançılar arasında zərərçəkənlərə yardım edəcək. R.Nağıyev bildirib ki, təcili tibbi yardım heyəti belə tədbirlərin keçirilməsinə tam hazırdır. Onlar Avropa Oyunları ərəfəsində xüsusi təlimlərdə olub, xarici dil kursları keçiblər.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…