Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikata layiq görülüb.Azərtac xəbər verir ki, mərkəzin direktoru Əli Həsənov fevralın 20-də keçirilən brifinqdə Tədris Mərkəzində İSO 9001:2015 keyfiyyət idarəetmə sisteminin tətbiqinə 2016-cı ilin iyul ayından başlanıldığını deyib.Onun sözlərinə görə, mərkəzin beynəlxalq standartlara uyğunluğunun müəyyən edilməsi məqsədilə Almaniyanın “TUV Thuringen e.V” şirkətinin Azərbaycan ofisi tərəfindən audit aparılıb. Audit zamanı mərkəzin idarəetməsinin, tədrisin keyfiyyətinin, resurslardan istifadənin, aparılan tədris siyasətinin, tədris mərkəzinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, mərkəzin maddi-texniki təchizatının beynəlxalq standartlara uyğunluğu yoxlanılıb. Auditin nəticələrinə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.Brifinqdə vurğulanıb ki, tədris mərkəzinin keyfiyyətli idarəetmə sahəsində beynəlxalq sertifikasiyadan keçmək təşəbbüsü təlim siyasətinin daha da təkmilləşdirilməsi, bir sıra dövlət orqanları, ali məktəblər, eləcə də beynəlxalq səviyyədə əməkdaşlığın aparılması, mərkəzin gələcəkdə regional akademiya statusu alması məqsədini daşıyır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…