Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsinə start verilib. UNEC-dən Azərtac-a bildirilib ki, layihənin əsas məqsədi keyfiyyətli tədrisin təşkilində tələbələrin iştirakını təmin etmək, onların ehtiyaclarına uyğun tədris standartlarını müəyyənləşdirmək, bununla da təhsilin səviyyəsinin yüksəldilməsinə zəmin yaratmaqdır. Layihəyə əsasən UNEC-in tələbə təşkilatlarının fakültə nümayəndələri dərs prosesi ilə əlaqədar mütəmadi məlumat toplayacaqlar. Məlumatlar tələbə təşkilatlarının iştirakı ilə keçirilən görüşlərdə “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” devizi altında müzakirə olunacaq. Layihə hazırlanarkən Avropa Keyfiyyət Təminatı Assosiasiyasının “Keyfiyyət təminatı üzrə standart və qaydalar” adlı sənədi əsas götürülüb. Sənədə görə, tələbələr tədris prosesinin keyfiyyətini müəyyənləşdirən əsas tərəflərdən biridir və onların keyfiyyət təminatı prosesinə cəlb edilməsi əhəmiyyət daşıyır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…