Avstraliyanın Baş naziri Malkolm Ternbull təhlükəsizlik məsələləri ilə məşğul olacaq yeni Daxili İşlər Nazirliyinin yaradılması barədə qərar qəbul edildiyini bildirib.Baş nazir deyib: “Dəyişikliklər mərhələlərlə həyata keçiriləcək və yeni nazirliyin yaradılması gələn ilin birinci yarısında başa çatdırılacaq”. Malkolm Ternbull əlavə edib ki, yeni nazirliyin yaradılması işini immiqrasiya və sərhəd mühafizəsi naziri Piter Dattona həvalə edib.Yeni yaradılacaq Daxili İşlər Nazirliyinin tərkibinə Miqrasiya və Sərhəd Nəzarəti Xidməti, Federal Polis, Təhlükəsizlik və Kəşfiyyat Xidməti, Maliyyə Kəşfiyyatı üzrə Milli Xidmət, digər hüquq-mühafizə və xüsusi xidmət orqanları daxil ediləcək. Baş nazir bildirib ki, bu qurumların hamısı öz strukturunu saxlayacaq və nazir onların fəaliyyətini əlaqələndirmə funksiyasını yerinə yetirəcək.Qərarın qəbulunu şərh edən Baş nazir deyib: “İslahatlar bizim sistemin sıradan çıxmasına görə aparılmır və bu, heç də belə deyil. Bunu təhlükəsizlik sahəsində sürətlə dəyişən reallıqlar tələb edir. Müasir çağırışlara daha uğurlu cavab vermək üçün səmərəli strukturlara ehtiyac var”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…