Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada səfərdə olub.Nazirlikdən Azərtac-a bildiriblər ki, F.Qurbanovun Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Pavel Zenkoviç ilə görüşündə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.Səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Təhsil Salonunu gəzib, təhsil sahəsində aparıcı texnologiyaların və təcrübələrin nümayiş etdirildiyi stendlərlə tanış olub. Burada F.Qurbanov UNESCO-nun Baş katibinin təhsil üzrə müavini Qian Tanq ilə işçi görüş keçirib. Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) birgə təşkil etdiyi stendə də baxış olub.Nümayəndə heyəti, həmçinin Azərbaycan diasporunun Rusiyadakı təmsilçiləri ilə görüşüb, ATU ilə RXDU-nun əməkdaşlığının əsas məqsədləri və bundan yaranan yeni imkanlar barədə məlumat verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…