Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir. BŞTİ-dən Azərtac-a bildirilib ki, gənclər idarənin müxtəlif sektorlarında üç ay təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompyuterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər. Maraqlananlar tərcümeyi-hallarını[email protected] elektron poçtuna göndərməlidirlər. Müraciətlər insan resursları, ictimaiyyətlə əlaqələr, ümumi təhsil, məktəbdənkənar fəaliyyətin təşkili, informasiya təminatı, maliyyə və mühasibatlıq, inkişaf layihələri və digər sektorlar üzrə qəbul olunur. Sonda gənclərə sertifikatlar veriləcək. Qeyd edək ki, artıq könüllülük proqramı əsasında 40 gənc BŞTİ-də ixtisaslarına uyğun sektorlarda üç ay təcrübə keçib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…