Aqrar Universitetdə “HUAWEI Azərbaycan” şirkətinin “Gözəl Azərbaycan” layihəsi çərçivəsində Təhsil Mərkəzi fəaliyyətə başlayıb. Azərtac xəbər verir ki, İKT sahəsində dünya liderlərindən olan “HUAWEI” şirkətinin icra etdiyi “Gözəl Azərbaycan” yeni və sosial layihədir. Layihənin məqsədi dünyaya Azərbaycan xalqını daha da yaxından tanıtmaq, eləcə də ölkənin təbii zənginliyini, müxtəlifliyini və gözəlliyini nümayiş etdirməkdir. Altı ay ərzində icra olunacaq layihə dörd müxtəlif istiqamətdə həyata keçiriləcək: “Gözəl zəkalar”, “Gözəl mədəniyyət”, “Gözəl xalq” və “Gözəl təbiət”. Layihənin istiqamətlərindən biri olan “Gözəl zəkalar” çərçivəsində Gəncədən sonra Lənkəran və Şəkidə də təhsil mərkəzləri fəaliyyətə başlayacaq. Təhsil mərkəzləri “HUAWEI” tərəfindən təmin olunan və yalnız tələbələrin istifadəsi üçün nəzərdə tutulan WİFİ, kompüterlər, həmçinin İKT-yə dair kitablarla təmin ediləcək. Layihənin regionlardakı yerli gənclər üçün yaratdığı imkanlar sayəsində tələbələr internetdə araşdırma aparacaq, kompüterlərdən istifadə edəcək, eləcə də müasir texnologiyalar sahəsində həm maariflənəcək, həm də zəruri biliklərə yiyələnə biləcəklər. Həmçinin təhsil mərkəzində hər həftənin cümə günləri “HUAWEI”nin təşkilatçılığı ilə müxtəlif tədbirlər, təlimlər və hədiyyəli oyunlar keçiriləcək. Tələbələr mərkəzdə bir-biri ilə ünsiyyət qura və dərslə məşğul ola biləcəklər. Bu təhsil mərkəzləri bir ay ərzində tələbələrin ixtiyarında olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…