Təhsil sənədlərinin tanınması üzrə 2015-ci ildə Təhsil Nazirliyinə 4714 müraciət daxil olub. Apa-nın xəbərinə görə, Təhsil Nazirliyinin 2015-ci il üzrə illik hesabatında bildirilir ki, 1224 ali təhsil haqqında sənədin ölkə ərazisində tanınması, 571 şəxsin ali təhsil haqqında sənədlərinin tanınmaması barədə qərar qəbul olunub. 2919 müraciət baxılma mərhələsindədir. Hesabat dövrü ərzində 25 təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib ki, onlardan 16-sı məktəbəqədər, 3-ü ümumi, 2-si əlavə, 4-ü ali təhsil müəssisəsidir. Ötən il Təhsil Nazirliyi tərəfindən 9 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib, 1 ümumtəhsil, 1 internat, 2 orta ixtisas, 1 ali təhsili müəssisəsi əsaslı təmir edilib. Hazırda 23 təhsil müəssisəsində əsaslı tikinti və təmir işləri davam etməkdədir. 72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri və 112 təhsil müəssisəsində kommunikasiya işləri başa çatdırılıb, 12 təhsil müəssisəsi qazlaşdırılıb. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi istiqamətində 50 məktəbdə müasir laboratoriya yaradılıb və tam təchiz edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…