Dekabrın 25-də Təhsil Nazirliyində informatika fənninin yeni formatda tədrisi üzrə pilot layihəyə başlanılmasına dair brifinq keçirilib.Azərtac xəbər verir ki, tədbirdə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, informatika fənninin tədrisi üzrə pilot layihənin rəhbəri Fəxri Qurbanov layihə barədə məlumat veriblər.Bildirilib ki, layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihəişləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.Ümumi təhsil müəssisələrinin beşinci siniflərini əhatə edən layihə cari ilin sentyabrından Bakının 23 və 24 nömrəli tam orta məktəblərində tətbiq olunub. Noyabr ayından isə layihəyə Bakı şəhəri 27, 145, 240 nömrəli tam orta məktəbləri, 132-134 nömrəli Təhsil Kompleksi və 160 nömrəli Klassik Gimnaziya qoşulub. 2018-ci ilin fevralından belə məktəblərin sayının 40-a çatdırılması planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…