Yanvarın 25-də Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçiriləcək.Nazirlikdən Azərtac-a bildiriblər ki, tədbir ötən il təşkil olunmuş ikinci forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr olunacaq.Forumda könüllülük hərəkatının inkişafı və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.“BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin mədəni və ictimai inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır.İki il ərzində 21 ali və 16 orta ixtisas təhsili müəssisəsindən 15 mindən çox tələbə-könüllünü öz ətrafında birləşdirən “BİR” Tələbə-Könüllü Proqramı indiyədək 150-dən çox müxtəlif səviyyəli tədbirlərə könüllü dəstəyi göstərib və yeddi regionda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…