Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, ay ərzində həmin mərkəzlərə ümumilikdə 14 min 60 müraciət daxil olub. Telefon Məlumat Mərkəzində 10 min 829 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 min 231 nəfərə xidmət göstərilib.Hər iki mərkəzə daxil olmuş müraciətlər əsasən sorğu xarakterli olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1557 sənəd (750 məktub, 589 ərizə, 218 digər sənəd) qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və dərs saatlarının verilməsi ilə bağlı məsələləri əhatə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…