Martın 11-də ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, olimpiadanın yarımfinal turu ölkənin 12 müxtəlif bölgəsində – Naxçıvan MR, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Lənkəran, Mingəçevir, Ucar, Xaçmaz, Şirvan, Şəki və İsmayıllıda keçirilib. Yarımfinal turunda rayon, şəhər mərhələsində 60 faiz və yuxarı nəticə göstərmiş altı minədək şagird iştirak edib.Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Yarımfinal turunda 70 faiz və yuxarı nəticə göstərmiş, hər fənn üzrə ən yaxşı 60 şagird respublika fənn olimpiadasının final mərhələsində iştirak hüququ əldə edəcək.Respublika fənn olimpiadalarının final mərhələsinin apreldə keçirilməsi planlaşdırılır.Qeyd edək ki, respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi yanvarın 15-də keçirilib. Bilik yarışında 30 minədək şagird iştirak edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…