2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi sentyabrın 1-dən 6-dək həyata keçiriləcək. Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlər Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Əlavə ixtisas seçimində birinci mərhələdə iştirak etməyən namizədlərin də müraciətlərinə imkan yaradılacaq. Bu il avqustun 11-dən 26-dək keçirilən ilk mərhələ üzrə 3 min 245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qeyd edək ki, “ASAN peşə” layihəsi Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində pilot olaraq reallaşdırılır. “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi ilə “ASAN xidmət”in əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…