Təhsil Nazirliyində UNICEF-in nümayəndə heyəti ilə görüş olub.Nazirlikdən Azərtac-a bildiriblər ki, görüşdə təhsil nazirinin müavini F.Qurbanov təhsil sahəsində aparılan islahatlardan, inklüziv təhsil sahəsində görülən işlərdən danışıb. Nazir müavini təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idman və bədən tərbiyəsinə marağın artırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib, bu istiqamətdə UNICEF ilə Təhsil Nazirliyi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.UNICEF-in beynəlxalq məsləhətçisi Kolin Hiqqs təhsil müəssisələrinin əlçatanlığı və inklüzivliyin qiymətləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, əlilliyi olan, xüsusilə əlil arabalarından istifadə edən uşaqlar üçün məktəbə getməkdə fiziki maneələrin aradan qaldırılmasına dair fikirlərini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…