Bakı Mühəndislik Universiteti (BMU) Himayəçilər Şurasının ilk iclası keçirilib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, müvafiq qurumların nümayəndələrinin, professor və müəllimlərin iştirak etdikləri iclasda BMU-nun rektoru Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsində Himayəçilər Şurasının fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, ötən müddət ərzində şuranın tərkibi formalaşdırılıb və təsdiq olunub.Təhsil nazirinin müavini C.Bayramov bildirib ki, şuranın əsas vəzifələri universitetin strateji istiqamətlərini müəyyən etmək, eyni zamanda, illik büdcənin və onun icrasının təsdiq edilməsi, audit komitəsinin işinin təşkili, ali təhsil müəssisəsinin elm, təhsil, innovasiya mərkəzi kimi fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılmasından ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…