Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün keçirilən təlimlərdə iştirak edən namizədlərin müsahibə mərhələsinə başlanılıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, Bakı şəhəri üzrə vakant direktor vəzifələrinə namizədlər müsahibənin nəticələrinə əsasən müəyyənləşəcək.Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil edilib. Təlimlər Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyalarda işləyən direktorlar, direktor müavinləri və müəllimləri əhatə edib.Təlim iştirakçılarının yekun qiymətləndirməsindən sonra müvafiq bal toplamış şəxslər müsahibə mərhələsinə dəvət olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…