Noyabrın 23-də Bakıda Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsinin təşkilatçılığı ilə ilk dəfə “SABAH” xaricdə təhsil sərgisi keçirilib.Azərtac xəbər verir ki, sərgidə on beş ölkənin, o cümlədən ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniyanın tanınmış universitetləri iştirak ediblər.“SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bildirib ki, tədbirin məqsədi “SABAH” qruplarının tələbələri üçün xaricdə fəlsəfə doktoru dərəcəsini almaq imkanı yaratmaqdır. “SABAH” qruplarının məqsədi isə savadlı, bacarıqlı və hazırlıqlı tələbələri bir qrupda toplayıb peşəkar mütəxəssis kimi yetişdirməkdir. Keçən il “SABAH” Karyera Akademiyasına start verildiyini deyən Ş.Seyidzadə tələbələr üçün müxtəlif istiqamətlərdə bir sıra tədbirlərin keçirildiyini söyləyib.Qeyd edilib ki, bu il “SABAH” qruplarının ilk məzunlarının buraxılışı olub. Onlardan 37 faizi yerli ali məktəblərin, 16 faizi isə xarici universitetlərin magistraturasına qəbul olunublar. Nəzərə çatdırılıb ki, sərgidə yüzdən artıq xarici universitetin nümayəndəsi iştirak edir. Burada iştirakçılar birbaşa ali məktəblərin nümayəndələri ilə ünsiyyət qurub sənədlərini təqdim etmək imkanı əldə edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…