İtaliyanın təhsil naziri xanım Stefania Giannininin Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə ilə görüşündə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Səfirlikdən azərtaca verilən məlumata görə, M.Əhmədzadə italiyalı nazirə Azərbaycanda təhsil sektoru və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. O, Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlığın inkişafı üçün iki ölkənin müvafiq nazirlikləri, təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri arasında əlaqələrin və mübadilələrin vacibliyini qeyd edib. Əvvəllər Perugia Universitetinin rektoru və senator kimi Azərbaycana səfərlər etdiyini deyən S.Giannini ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu söyləyib və növbəti illərdə əməkdaşlığın daha da geniş vüsət alacağına əmin olduğunu bildirib
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…