Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin elm və təhsil naziri Nurullo Said ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə Azərbaycan və Tacikistan arasında Təhsil Müəssisələri Assosiasiyanın yaradılması, qurumlar arasında illik kvotaların ayrılmasına dair Protokolun imzalanması, M.S.Osimi adına Tacikistan Texniki Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Memorandumun imzalanması və ikitərəfli əhəmiyyət kəsb edən digər məsələlər müzakirə olunub.Nazir Azərbaycanın təhsil sahəsində böyük təcrübəyə malik olduğunu, iki ölkə arasında Hökumətlərarası Komissiyanın Protokolunda Azərbaycan ilə Tacikistan arasında təhsil sahəsində əməkdaşlıq barədə müvafiq bəndin olduğunu diqqətə çatdırıb.Görüşdə Tacikistanda 39 ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi və imzalanan sazişə əsasən Azərbaycan universitetləri tərəfindən ayrılmış kvotaya uyğun olaraq tacik tələbələrinin ölkəmizə göndəriləcəyi bildirilib. Tacikistan universitetlərində azərbaycanlı tələbələrin təhsil alması üçün kvota ayrılacağı diqqətə çatdırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…