Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə bu ölkənin elm və təhsil naziri Məhəmmədyusuf İmamzadə arasında görüş keçirilib.Azərtac xəbər verir ki, görüşdə səfir Azərbaycanda həyata keçirilən təhsil islahatları barədə ətraflı danışıb, Tacikistan ilə təhsil sahəsində əməkdaşlığın inkişafı üçün iki ölkənin aidiyyəti nazirlikləri, təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri arasında mübadilə proqramlarının həyata keçirilməsinin vacibliyini qeyd edib.M.İmamzadə vaxtilə Tacikistan Milli Universitetinin rektoru kimi Azərbaycana səfərlər etdiyini xatırlayaraq, ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensial olduğunu və növbəti illərdə əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulayıb.Görüşdə Azərbaycan və Tacikistan ali təhsil müəssisələri assosiasiyasının yaradılması, qurumlar arasında illik kvotaların artırılması məsələləri və əhəmiyyət kəsb edən digər ikitərəfli məsələlər müzakirə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…