Rus psixoloqu A.R.Kavalyov şəxsiyyətin strukturunda dörd əsas tərkib hissəsi ayırır.Birinci komponent şəxsiyyəti nəyə yönəldiyini xarakterizə edir. Buraya müxtəlif xassələr, qarşılıqlı tərifdə olan tələbatlar və maraqlar, praktik və ideya ustanovkaları sistemi daxildir. İkinci komponentə fəaliyyətin müvəffəqiyyəti icrasını təmin edən qabiliyyətlər sistemi daxildir.Üçüncü komponent –xarakter və ya insanın sosail mühitdə davranış tərzini ifadə edir.Xarakter sistemində əxlaqi və iradi keyfiyyətlərə ayırırlar.Dördüncü komponent idarəetmə sistemi adlanır, adətən onu “Mən” anlayışı ilə işarə edirlər. Bu tərkib hissə şəxsiyyətin özünütənzimini həyata keçirir.Qeyd edək ki, insan şəxsiyyətinin inkişafına təsir göstərən amillər təbii və sosial mühit anlayışına daxildir. Sosial mühit dedikdə, insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. Təbii mühit isə, havanın tərkibi və təzyiqi şəxsiyyətin inkişafına, onun mənəvi cəhətdən yetkinləşməsinə əhəmiyyətli təsir göstərən amildir. İnsanın inkişafına mühitin, yoxsa irsiyyətin daha çox təsir göstərməsi ilə bağlı tədqiqatçılar arasında vahid fikir yoxdur. Biogenetiklər irsiyyətə, sosiogenetiklər isə mühitə üstünlük verirlər.Psixologiya elmləri doktoru Ramiz Əliyev qeyd edir ki, şəxsiyyət insan varlığının müəyyən moduludur, yəni onun bir sıra keyfiyyət və vəziyyətinin təzahürü formasıdır: “İnsan ən ümumi anlayışdır. O, bioloji növün (homo sapiens) klassifikasiyası olmaqla, daha çox biososial kateqoriyadır. Bioloji baxımdan “növ” – adam, psixoloji baxımdan isə “fərdiyyət” mənasında işlənilir. Fərd bioloji varlığın insan növüdür. Şəxsiyyət isə insanı digər bioloji canlılardan fərqləndirən sosial varlıqdır. Fəaliyyətin sosializasiyası prosesində insan şəxsiyyətə çevrilir. Yəni, şəxsiyyətin keyfiyyətləri sosial mühitdən, sosial-iqtisadi vəziyyətdən, mədəni səviyyədən və s. çoxsaylı sosial amillərdən asılıdır. J.Piaje öz çıxışlarından birində bildirirdi ki, cəmiyyətdə hər dəqiqə minlərlə vəhşi doğulur və sivilizasiya onlardan sosial varlıq formalaşdırır. Məhz bu deyilənlərdən də məlum olur ki, insan həm bioloji, həm də sosial varlıqdır. Yəni, biososial varlıqdır. Fərdiyyət isə insanın özünəməxsus, bənzərsiz, təkrarsız, fizioloji, somatik, psixoloji, sosial keyfiyyət və xüsusiyyətləri özündə birləşdirən canlı varlıqdır”.C.Freydman və R.Freyqer yazırlar: “Hər bir məşhur nəzəriyyəçi insan təbiətinin müəyyən bir cəhətini aydınlaşdırmışdır. Hesab edirik ki, hər bir nəzəriyyəçi özlüyündə haqlıdır və öz sahəsi üzrə diqqəti cəlb edir. Onların əksəriyyətinin səhvi ondan ibarətdir ki, yalnız özlərinin baxış və yanaşmalarının ümumi, hərtərəfli, doğru olduğunu zənn edirlər. Şəxsiyyət nəzəriyyəsi yaradıcıları arasındakı fikir ayrılığı tarixi şəraitdən də yaranıb. İdrak fenomeninə əsaslanan nəzəriyyəçilər də digərlərinə əhəmiyyət verməyiblər. Fikrimizcə, hər bir nəzəriyyəçi bütövün, tamın bir hissəsi haqqında dərin təsəvvürə malikdir və onun dediklərinin tamın bir hissəsi olmasına inanmaq istəmir. Eləcə də digərləri inandırmaq istəyirlər ki, onların dedikləri ya tamdır və ya tamın əsas hissəsidir”.Ümumiyyətlə insan şəxsiyyət kimi doğulmasa da onun şəxsiyyətinin formalaşması son mərhələdə ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən və istehsal münasibətlərdən asılı olur. Əslində elə insan ictimai münasibətlərin məcmusudur. İctimai mühit dedikdə, insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. İctimai mühit daim dəyişir və yeniləşir. İnsan inqilabi fəaliyyəti vasitəsilə mövcud ictimai mühiti dəyişərək öz arzusuna müvafiq qura bilir, eyni zamanda bu prosesdə fəal fəaliyyət göstərməklə öz təbiətini dəyişdirir. Yəni, tərbiyə nəticəsində uşaqda müəyyən xarakter yaranır və formalaşır ki, bu da uşağın təlim və tərbiyə vasitəsilə ictimai həyata hazırlanmasında, onun geniş dünyagörüşünə sahib olmasında böyük rol oynayırEkspertlər qeyd edirlər ki, insan şəxsiyyətinin inkişafına təsir göstərən amillər təbii və sosial mühit anlayışına daxildir. Sosial mühit dedikdə, insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. Təbii mühit isə, havanın tərkibi və təzyiqi şəxsiyyətin inkişafına, onun mənəvi cəhətdən yetkinləşməsinə əhəmiyyətli təsir göstərən amildir. Bundan başqa tərbiyə insanın inkişafına təsir göstərsə də, özü də müəyyən mənada inkişafdan asılıdır və insanın inkişaf səviyyəsinə əsaslanır.Y.A.Komenski “Böyük didaktika” adlı əsərində yazırdı: “Bizə təbiət əxlaqı verirsə də, biliyi və xeyirxahlığı vermir”. Komenski şəxsiyyətin inkişafı üçün məktəb, təlim-tərbiyə işini təkmilləşdirməyi, təlimin insan tərbiyəsi üzərində ciddi çalışmasını zəruri bilirdi.Göründüyü kimi fikirlər müxtəlifdir və zaman keçdikcə cəmiyyət inkişaf edir. Cəmiyyət inkişaf etdikcə innsanlıq daha da kamilləşir ki, bu da şəxsiyyətin formalaşamasında böyük rol oynayır.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…