Azərbaycan Universitetində Türkiyənin İstanbul Kültür Universitetinin nümayəndələri ilə görüş keçirilib.Azərbaycan Universitetindən Azərtac-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektorunun müşaviri, magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva, beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, İstanbul Kültür Universitetinin beynəlxalq əlaqələr şöbəsinin əlaqələndiricisi Seçkin Taygun Altıntaş və şöbənin mütəxəssisi Kübra Mertel iştirak ediblər.Görüşdə tərəflər təmsil etdikləri ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti, maddi-texniki bazası, tədris olunan ixtisaslar, tələbələrə yaradılan imkanlar haqqında məlumat verib, “Erasmus+” proqramı çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq kredit mobilliyi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə müasir dövrdə beynəlxalq əlaqələrin gücləndirilməsinin, ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyəti vurğulanıb.Qonaqlara Azərbaycan təhsilinin prioritetləri haqqında da məlumat verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…