“Təhsil qarşılıqlı anlaşma baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin tarix boyu təhsildən manipulyasiya məqsədilə istifadənin şahidi də olmuşuq”.apa-nın xəbərinə görə, bunu Azərbaycan təhsil naziri M.Cabbarov “Təhsil vasitəsi ilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: İnkişaf, müxtəliflik və dialoq naminə təhsil” panelində çıxışı zamanı deyib: “Bu, bizim qonşuluğumuzda baş verib. Təhsil sisteminin hər hansı etnik, dini kimliyin rolunu müəyyənləşdirməkdə sui-istifadə edildiyini görmüşük. Prezident İlham Əliyevin dediyi ki, təhsil ekstremizmə qarşı ən yaxşı vaksindir. Bu sahədə ardıcıl və qətiyyətli addımlar atmadan mədəniyyətlərarası dialoqa nail olmaq mümkün deyil”.
M.Cabbarov təhsil sahəsində Heydər Əliyev fondu tərəfindən çox işlər görüldüyünü qeyd edib. “Deməliyəm ki, son 10 il ərzində minlərlə azərbaycanlı gənc dünyanın ən yaxşı universitetlərində təhsil almaq üçün xaricə göndərilib. Ölkəmizdə isə təxminən 4 min xarici tələbə təhsil alır. Bu, təkcə təhsilə deyil, həm də mədəniyyətlərarası dialoq, dəyərlərin mübadiləsinə töhfə verir. Qızların təhsili də çox vacib məsələdir. 100 il bundan əvvəl azərbaycanlı neft milyonçusu ilk qızlar məktəbini tikdirib. İnanırıq ki, təhsilli gənc yaxşı valideyn, vətəninə xidmət edən yaxşı əsgər olacaq. Hər şeydən əvvəl isə millətinin gələcəyi üçün düzgün qərarlar verəcək vətəndaş olacaq”, – deyə o vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…