Azərbaycanda yay vaxtına keçidin ləğv olunmasından sonra iş saatların dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər irəl sürülür. Ekspertlərin fikrincə, iş vaxtının 08:30-dan 17:30-a qədər təyin olunması məqsədəuyğun hesab oluna bilər. Bu baxımdan iş saatlarının 09:00-dan geriyə çəkilməsi təklif olunur.
Millət vəkili Musa Quliyev AzVision.az-a açıqlamasında bu təkliflə razılaşmadığını deyib. Deputat hesab edir ki, indiki vaxtda iş saatlarının bir saat geri çəkilməsi doğrum addım kimi qiymətləndirilə bilməz.
M.Quliyevin sözlərinə görə, Bakı şəhərində nəqliyyatın sıxlığının aradan qaldırılması və tıxacların azaldılması üçün müəssisələrdə iş müxtəlif saatlarda başlamalıdır.
“Demək olar ki, bütün dövlət qurumlarında iş saat 09:00-da başlayır və 18:00-da bitir. Ona görə də müəssisələrdə işin başlamasını müxtəlif saatlara təyin etmək olar. Təhsil müəssisələrində də həmçinin iş vaxtı müxtəlif saatlarda başlaya bilər. Yəni sürüşdürmə qrafiki ilə müəyyən iş yerlərinin, təhsil müəssisələrinin fəaliyyət vaxtını fərqləndirməklə qrafiklərin vaxtını xeyli azaltmaq olar. Belə olsa, axşam saatlarında işlərin müxtəlif saatlarda bitməsi şəhərdə sıxlığı azaldacaq”-deyə prlament üzvü vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri Tanrıverdi Paşa hesab edir ki, yay vaxtına keçidin ləğv olunmasından sonra iş vaxtının 08:30-dan 17:30-a qədər təyin olunması məqsədəuyğundur.
Onun sözlərinə görə, iş vaxtının təyinində günün işıqlı hissəsi üçün “axşam-səhər” simmetriyasınin gözlənilməsi tövsiyə edilir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…