Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə…

23 Fevral 2017 11:43

Xəbər 716 dəfə oxunub

Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında Azərbaycan çempionatının fevralın 22-də açılış mərasimi keçirilib.Azərtac xəbər verir ki, “Bayıl Arena”da keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini F.Qurbanov yarışı açıq elan edib, çempionatda mübarizə aparan komandalara uğurlar arzulayıb.Mərasimdə xüsusi qonaq qismində çıxış edən Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti İsgəndər Cavadov topa ilk zərbəni vurub.İlk oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Tibb Universitetinin komandaları qarşılaşıb. Görüşdə Akademiyanın tələbələri 6:0 hesabı ilə qalib gəliblər.xeber100.com