Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 15-də keçirdiyi imtahanda I və IV qruplar üzrə 6 nəfər 700 bal toplayıb ki, onlardan biri də Xırdalan şəhəri 5 saylı orta məktəbin məzunu Rəvan Nəzərəliyevdir. Əkiz qardaşlar olan Rəvan və Nurlan Nəzərəliyevlər bu imtahanlarda müvafiq olaraq 700 və 685 bal toplayıblar. Sınaqda 700 bal topladığını və imtahanda da belə yüksək nəticəyə inandığını söyləyən Rəvan deyib: “Yüksək nəticə üçün inam, səbirlə çalışmaq əsas şərtdir. Dərslərə sistemli çalışmaq lazımdır. Mən bu cür hazırlaşdım və yüksək nəticə göstərdim. Fürsətdən istifadə edib, orta məktəb müəllimlərimə və ən yüksək nəticə göstərməyimdə zəhməti olan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm”. Rəvanın atası maşın ustasıdır, anası riyaziyyat müəllimidir. Ailədə üç qardaşdırlar. Rəvan ailədə yüksək bal toplayan ilk uşaq deyil. Böyük qardaşları Rəşad 2013-cü ildə 677 balla Bakı Ali Neft Məktəbinə daxil olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…