Avqustun 1-dən 31-dək elan olunan “Təmiz hava” aylığı çərçivəsində Mingəçevirdə şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən reyd keçirilib. Azərtac xəbər verir ki, Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları nəqliyyat vasitələrindən normadan artıq atılan zərərli tullantıların qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması məqsədilə ölkə ərazisində mütəmadi reydlər keçirirlər. Mingəçevir şəhərinin mərkəzi küçə və prospektlərində təşkil olunan növbəti reyd zamanı xüsusi cihaz vasitəsilə avtomobillərin mühərrikindən çıxan dəm qazının miqdarı yoxlanılıb. Reyd müddətində 40 avtomobil saxlanılıb, 20 sürücüyə protokol tərtib edilib. Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sürücüləri texniki cəhətdən saz vəziyyətdə olmayan nəqliyyat vasitəsilə yola çıxmamağı məsləhət görüblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…